Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik İsa Həbibbəyli: Ən yaxın zamanda Azərbaycanda peşə təhsili rəqabətədavamlı sahələrdən biri olacaq

03 Oktyabr 2017
Ən yaxın zamanda Azərbaycanda peşə təhsili rəqabətədavamlı sahələrdən biri olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda keçirilən seminarda deyib.

Akademik İsa Həbibbəyli deyib: “Hər kəs övladının hansısa peşəyə yiyələnməsini istəməkdənsə, onun ali təhsil alması barədə düşünür. Lakin etiraf etməliyik ki, son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb. Bu il peşə təhsilinə qəbulun nəticələri əsasında ilk peşə təhsili müəssisələrində qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan maraqlarını təsdiq edir. Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair Strateji Yol Xəritəsinin əsas istiqamətləri və digər məsələlər əksini tapıb”.