Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Masazırda laçınlı məcburi köçkünlər üçün tikilən yeni məktəb binasının açılışı olub

03 Oktyabr 2017
ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkün icması üçün tikilən yeni məktəb binasının oktyabrın 3-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və digər rəsmilər iştirak ediblər.

Yeni məktəbdə 350 şagirdin təhsil alması nəzərdə tutulub.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib ki, bu layihə ABŞ Müdafiə Departamentinin humanitar yardım proqramı vasitəsilə Azərbaycanda keçirdiyi 16-cı məktəb layihəsidir. Səfir qeyd edib ki, 17-ci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Onun dediyinə görə, 1992-ci ildən indiyə qədər ABŞ Azərbaycana 1 milyard 300 milyon yardım göstərib.