Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Premyer Liqada birinci dövrə başa çatdı

03 Oktyabr 2017
 

Futbol üzrə ölkə çempionatında birinci dövrənin oyunları başa çatmışdır. Sonuncu 7-ci turda çempionatın lideri Ağdamın “Qarabağ” klubu “Zirə” komandası ilə qarşılaşmışdır. Oyun qolsuz bərabərliklə nəticələnmişdir - 0:0.

Turun digər görüşləri qonaq komandaların qələbəsi ilə başa çatmışdır. Belə ki, Gəncənin “Kəpəz” komandası gözlənilmədən Qəbələdə eyni adlı klub üzərində 2:0 hesabı ilə qələbə qazanmışdır. “Sumqayıt” həmin hesabla “Səbail”i məğlubiyyətə uğratmışdır. “Neftçi” isə uzun fasilədən sonra özgə meydanında “İnter”i məğlub etmişdir - 2:0. Bu, “Neftçi”nin cari mövsümdə ilk qələbəsidir.

Birinci dövrədən sonra “Qarabağ” 16 xalla çempionatda liderlik edir. Ağdamlıların ehtiyatda bir oyunu da var.

Bombardirlər siyahısında isə “Qarabağ”ın hücumçusu Mahir Mədətov 5 qolla birincidir.