Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Çexiya matçını fransızlar idarə edəcək

03 Oktyabr 2017
 

Futbol üzrə 2018-ci il dünya çempionatının təsnifat mərhələsində Azərbaycan və Çexiya yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyən edilmişdir. AFFA-dan verilən məlumata görə, matçın baş hakimi Benua Millo təyin edilmişdir. Ona laynsmenlər Jülyen Paçelli və Bertran Juanno, habelə dördüncü referi Frank Şnayder kömək edəcəklər. Hakimlər briqadası Fransanı təmsil edir.

Xatırladaq ki, Azərbaycan-Çexiya matçı oktyabrın 5-də  saat 20:00-da Olimpiya stadionunda start götürəcək.