Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan voleybolçuları Avro-2019-a vəsiqə qazandılar

03 Oktyabr 2017
 

Bakıda keçirilmiş Avropa çempionatında dördüncü yeri tutan Azərbaycanın qadın voleybolçularından ibarət yığma komandası 2019-cu ildə keçiriləcək növbəti qitə birinciliyinə birbaşa vəsiqə qazanmışdır. Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat vermişdir.

Məlumata görə, Avro-2019 yeni formatda keçiriləcək və həmin yarışlarda daha çox sayda milli komanda iştirak edəcək. Azərbaycan voleybolçuları isə seçmə yarışlarından azaddırlar.