Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Millimizin kapitanı Rəşad Sadıqov karyerasını başa vurur

02 Oktyabr 2017
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–Çexiya qarşılaşması milli komandamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.