Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qarabağ”-“Atletiko” matçının biletləri satışa çıxarılıb

02 Oktyabr 2017
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bu qarşılaşma üçün biletlər satışa çıxarılıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-də saat 20:00-da start götürəcək.