Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bernard Hopkins: Dünyanın ən güclü boksçuları Bakıya toplaşır

01 Oktyabr 2017
 

Dünyanın ən güclü boksçuları Bakıya toplaşır. Məqsədimiz Ümumdünya Boks Şurasının konqresində iştirak etməkdir. Inanıram ki, 4 gün ərzində bizi maraqlı müzakirələr gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının 55-ci konqresində iştirak edəcək məşhur boksçu Bernard Hopkins oktyabrin 1-də təşkil olunan mətbuat konfransında deyib.

Bildirib ki, Ümumdünya Boks Şurası dünyada mötəbərliyi ilə seçilir: “Qurum öz bayrağı altında mütəxəssislərlə yanaşı, çempionları da birləşdirir. Bu bizim üçün fəxrdir. Şuranın çempionatında kəmər qazanmaq və kəməri özündə saxlamağa nail olmaq çox çətindir. Ancaq bunu bacaran çox boksçular var”.