Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qırğızıstan portalı Lütfi Zadənin Bakıda son mənzilə yola salınmasından yazır

30 Sentyabr 2017
Qırğızıstanın “Golden Bridge News” portalı görkəmli Azərbaycan alimi Lütfi Zadənin Bakıda son mənzilə yola salınması ilə bağlı AZƏRTAC-ın informasiyasını yayıb.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev alimlə vida mərasimində iştirak edib. Dövlət başçısı mərhumun ailə üzvü ilə söhbət edib, dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Yazıda vida mərasiminin çıxışlarla davam etdiyi diqqətə çatdırılır.

 

AZƏRTAC