Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvan idmançısı Avropa rekordunu yeniləyib

30 Sentyabr 2017
 

Kosovanın paytaxtı Priştina şəhərində sentyabrın 22-dən 30-dək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçirilir. Yarışda 40-a yaxın ölkədən 305 atlet medallar uğrunda mübarizə aparır. Azərbaycan yığmasının 9 üzvü də birincilikdə iştirak edir.

AZƏRTAC xəbər verir ki, millimizin heyətində Kosovaya yollanan idmançılar arasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də var.

İdmançımız mübarizədə böyük uğur qazanıb. Belə ki, Tərmenxan Babayev ardıcıl olaraq 6 dəfə Avropa rekordunu yeniləyib. Yaşı 15-ə qədər olan atletlərin mübarizəsində (A qrupunda) 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Naxçıvan idmançısı bu uğura 291 kiloqramı qaldırmaqla nail olub.

İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.