Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində elmi konfrans

29 Sentyabr 2017
Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Kitabxana üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar" mövzusunda beynəlxalq elmi konfrans və TÜRKSOY-la birgə çap olunmuş "Molla Pənah Vaqif dünya dillərində" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov elmi konfransın əhəmiyyətindən danışıb.

Ölkələr arasında mədəni əlaqələrin qurulmasının önəmini vurğulayan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev konfransın təcrübə mübadiləsində mühüm rol oynayacağını qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin UNESCO və TÜRKSOY tərəfindən "Molla Pənah Vaqif ili" elan olunmasını xatırladıb və şairin zəngin yaradıcılığından danışıb.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası Rusiya və Misir Milli kitabxanaları ilə əməkdaşlıq barədə memorandum imzalayıb.

Sonra tədbir elmi məruzələrin dinlənilməsi ilə davam edib.