Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıtda ictimai nəqliyyat sistemi yenidən qurulur

29 Sentyabr 2017
 

Bakının bir addımlığında yerləşən və paytaxtla  sanki inkişaf yarışına girən Sumqayıtda yeni layihələr həyata keçirilməkdədir. Bu proses şəhərin ictimai nəqliyyat sistemini də əhatə edib: xətlərə müasir, komfortlu avtobuslar buraxılıb, dayanacaqlar yenilənib və ən başlıcası, nizam-intizam yaradılıb. İslahatın əhatə etdiyi marşrutlarda daha dayanacaqdan kənarda saxlayan, qaydaları pozan, sərnişinlərlə kobud rəftar edən sürücülərə rast gəlinmir. Doğrudur, hələlik müasir avtobuslar cəmi 3-4 marşrut xətti üzrə hərəkət edir. Yəqin ki, yaxın zamanlarda  əhalinin rahatlığı və təhlükəsizliyi  naminə  bu yeniliklər başqa marşrutlarda da tətbiq olunmağa başlanacaq.

 

Telman MUSTAFAZADƏ,

Sumqayıt şəhər sakini