Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kəndimizin su problemi həll edildi

29 Sentyabr 2017
 

Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı sayəsində şəhər və kəndlərimizin simasını başdan-başa dəyişmiş, uzun illərdən bəri yığılıb qalmış problemlərin əksəriyyəti həll edilmişdir.

Bizim yaşadığımız kənddə də bu istiqamətdə xeyli iş görülmüşdür. Kəndin yolu yenidən qurulmuş, qaz və elektrik enerjisi ilə davamlı təmin olunması üçün  məqsədyönlü işlər həyata keçirilmişdir. Hazırda kənddə yaraşıqlı məktəb, hər cür şəraiti olan uşaq bağçası fəaliyyət göstərir. Bu günlərdə kəndin su problemi də həll edildi. Qazaxbəyli, Ürkməzli, Aslanbəyli, Ağköynək, Qarapapaq, Alpout, Kəmərli, Orta Salahlı və Bala Cəfərli kəndlərindən sonra bizim Xanlıqlar kəndinə də içməli su xətti çəkildi. 2 kilometr məsafədən gətirilən yeni su xətti 3,6 kilometr uzunluğunda kənddaxili kəmərlərlə evlərə paylanılıb. Kəndin bütün evləri içməli su ilə təmin olunub.

Hörmətli redaksiya! Bizə bu sevinci bəxş edən dövlət başçısına sakinlər adından minnətdarlıq edir, ölkəmizin çiçəklənməsi naminə həyata keçirdiyi bütün işlərdə uğurlar arzulayırıq.

 

Xatın HÜSEYNXANOVA,

Qazax rayonu, Xanlıqlar kənd sakini