Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yolumuz abadlaşdı

29 Sentyabr 2017
 

Hər bir kəs istəyir ki, həmişə mənzil başına tez, rahat və sağ-salamat çatsın. Bunun da ilk şəri yol və onun vəziyyəti ilə bağlıdır. Şübhəsiz, yollar abad olanda nə sürücü və sərnişinlər yorulur, nə də nəqliyyat vasitələri istismar müddətindən əvvəl sıradan çıxır.

Əlamətdar haldır ki, son illər respublikanın şəhər, rayon, qəsəbə, eləcə də kənd yolları əsaslı təmir olunur və ya tamamilə yenidən qurulur.

Bunu bizim Kiçik Dəhnə kəndinin timsalında da görmək olar. Kəndimizdə  sakinlərin yaşaması, fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Amma kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsi dağılmışdı. Bu yaxınlarda kəndimizdən keçən 7,5 kilometr uzunluğundakı yol yenidən asfaltlanıb.  Onu da deyim ki, yolun təmirinə kəndimizin yetirmələri olan iş adamları da yaxından kömək göstərdilər. Biz  yolun çəkilişində əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

 

Maarif ABDURAHMANOV,

Şəki rayonu, Kiçik Dəhnə kənd sakini