Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın səhiyyə naziri belaruslu həmkarı ilə görüşüb

28 Sentyabr 2017
 

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə rəsmi səfərdə olan Belarusun səhiyyə naziri Valeriy Malaşkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurla inkişaf etdirildiyi vurğulanıb. Görüş zamanı səhiyyə sahəsində ikitərəfli müqavilələrin icrası, kadr hazırlığı məsələləri, tələbələrin təcrübə kurslarına göndərilməsi və s. məsələlər geniş müzakirə olunub.

Ölkəmizin səhiyyə naziri əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu, son illər səhiyyə və tibb elmi sahəsində görülən işlər, əldə edilən uğurlar barədə qonağa məlumat verib.