Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəbli uşaqlar arasında görmə zəifliyi artıb

27 Sentyabr 2017
Son illər məktəblilər arasında oftalmoloji problemlər çoxalıb, onların əksəriyyəti görmə zəifliyindən şikayət edirlər. Tibbi müayinələr zamanı demək olar ki, hər iki məktəblidən birində miopatiya, astiqmatizm və digər problemlər olduğu meydana çıxır. Bunun başlıca səbəbi televiziyaya, kompüterə, planşetə çox baxmaqdan, mobil telefon ekranlarında çox vaxt keçirməkdən qaynaqlanır.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər 3 nömrəli poliklinikada paytaxtın baş oftalmoloqu Sevda Bəşirova jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Onun dediyinə görə, valideynlər uşaqların gözlə əlaqədar şikayətləri olan kimi onu dərhal müalicə müəssisəsinə aparıb həkim müayinəsindən keçirməlidir. Əksər hallarda onların şikayəti başağrısı və yorğunluqdan olur, uzağa baxanda gözlərini qıyırlar. Həkim uşaqların ildə ən azı bir dəfə oftalmoloqun müayinəsindən keçməyin vacib olduğunu da vurğulayıb.