Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əbülfəs Qarayev: Turizm haqqında yeni qanun hazırlanır

27 Sentyabr 2017
Bir çox həll olunası məsələlər də var. Belə ki, bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik. Lakin bu istiqamətdə işlər davam etdirilir. Ümid edirəm ki, gələn il bu istiqamətdə irəliləyişə nail olacağıq. Bununla yanaşı, marketik və təbliğat işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, Milli Turizm Təbliğat bürosu bu istiqamətdə fəaliyyətini davam etdirir. Büronun Bakı və regionlarda portalları fəaliyyətə başlayıb. Bu qurum işini maraqlı layihələr əsasında qurub. “Bizim qarşımızda duran əsas məsələ turizm haqqında qanunun qəbul edilməsidir. Dövlətimiz bu istiqamətdə keyfiyyəti əsas prioritet istiqamətlərdən sayır. Keyfiyyət kriteriyaları işlənilir, eyni zamanda reyestr sisteminin hazırlanması üçün də işlər görülür”, - deyə Ə.Qarayev vurğulayıb.