Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkəmizin turizm sənayesində 40 mindən çox insan çalışır

27 Sentyabr 2017
Bu gün turizm ölkənin ən gəlirli sahələrdən hesab olunur. Əminliklə deyə bilərik ki, bu sahə birbaşa Prezident İlham Əliyevin diqqətindədir. Təsadüfi deyil ki, ölkəmizin turizm sənayesində 40 mindən çox insan çalışır. Bu əməkdaşlar Azərbaycanın turizm sənayesinə öz layiqli töhfələrini verirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramına həsr edilmiş tədbirdə deyib.

Son zamanlar Azərbaycana gələn əcnəbilərin sayında artım olduğunu bildirən nazir vurğulayıb ki, bu gün Bakıda müxtəlif millətlərdən olan insanların mövcudluğu turist axınından xəbər verir. “Azərbaycan stabil ölkədir, qonaqpərvər ölkədir. Burada turistlərin yaşaması üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist gəlib. Keçən ilin 8 ayına nisbətən bu il 1 milyon 818 min çox qonaq qəbul etmişik. İlk yeddi ayda bank əməliyyatları 97 faiz artaraq 703 milyondan çox olub. Bu da ötən ilə nisbətdə iki dəfə artım deməkdir”, - deyə Ə.Qarayev vurğulayıb.