Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

27 Sentyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü bəndin beşinci abzasında və 5-ci bənddə “onları əvəz etmək üçün ehtiyat kadrların” sözləri “dövlət qulluğunun ehtiyat kadrlarının” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1. Akademiya dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını və əlavə təhsili  həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzidir.”.

3. 6-cı bənd ləğv edilsin.

4. 11-ci bəndin beşinci abzasında “onların əvəz edilməsi üçün ehtiyatın” sözləri “dövlət qulluğunun ehtiyat kadrlarının” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 20-1-ci  və 20-2-ci bəndlər  əlavə edilsin:

“20-1. Akademiyanın tədris fəaliyyəti ali təhsilin bakalavriat, magistratura, doktorantura və əlavə təhsil səviyyələrində həyata keçirilir.

20-2. Akademiyada doktoranturanın yaradılması,  doktoranturaya qəbul, o cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 sentyabr 2017-ci il