Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

27 Sentyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539; 2006, № 2, maddə 82; 2008, № 3, maddə 168, № 8, maddə 713; 2009, № 7, maddə 532; 2010, № 9, maddə 770; 2015, № 6, maddə 700; 2016, № 5, maddə 866, № 12, maddə 2069) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.  2-ci hissənin dördüncü və altıncı abzasları, 10-cu hissənin dördüncü və beşinci abzasları, 19-cu hissənin dördüncü abzası ləğv edilsin.

2.  17-ci hissə üzrə:

2.1. dördüncü abzas ləğv edilsin;

2.2. yeddinci abzasda “şəhadətnaməsi” sözü “şəhadətnaməsinin surəti” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 sentyabr 2017-ci il