Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru seçilib

26 Sentyabr 2017
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Ural Federal Universitetinin xarici regionşünaslıq kafedrası K.Abdullaya fəxri doktor adının verilməsi üçün bu ali məktəbin nəzdindəki Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.

Təklifi müzakirə edən elmi şura K.Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.

Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir və ölkənin ilk prezidenti Boris Yeltsinin adını daşıyır.