Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub

24 Sentyabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, sahibkar dövlət tərəfindən göstərilən dəstək sayəsində bu il 300 hektar sahədə məhsul yetişdirdiyini, gələn il pambıq əkilən sahələrin min hektara çatdırılacağını bildirdi.

Dövlətimizin başçısı pambıqçılarla söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.