Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Günəş sistemində bənzərsiz kəşf

21 Sentyabr 2017
Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar.

AZƏRTAC “Nature” dərgisinə istinadla xəbər verir ki, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə “288P” adı verilib. “288P”nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.

Elm adamları ikili asteroid sisteminin sadəcə 5 min ildir mövcud olduğunu təxmin edirlər.