Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında 19 məsələ müzakirə olunub

18 Sentyabr 2017
Sentyabrın 18-də Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli gündəlikdəki 19 məsələ barədə məlumat verib.

Əvvəlcə elm və təhsil komitəsinin 2017-ci ilin yaz sessiyası ərzində fəaliyyəti haqqında və 2017-ci ilin payız sessiyası üçün iş planı müzakirə edilib.

İclasda “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə də baxılıb.

Həmçinin Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Heyvanlar aləmi haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Təhsil haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə layihələr nəzərdən keçirilib.

İclasda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib.