Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parisdə AŞPA-nın komitə iclasları keçiriləcək

17 Sentyabr 2017
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq, sosial komitənin iclasında iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq. S.Fətəliyeva komitədə “Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.

Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq, mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Həmçinin bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.

R.Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.