Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlk dəfə insan beyni birbaşa internetə qoşulub

16 Sentyabr 2017
 

“Brainternet” layihəsi birbaşa yayım rejimində elektroensefaloqramın köməyi ilə insanın beyin fəallığı haqqında məlumatları şəbəkəyə çıxarır. İstifadəçi başına “Emotiv EEG” adlı qurğunu taxır. Qurğu “Raspberry Pi” mikrokompüteri vasitəsilə beyin dalğalarını tətbiqi proqram interfeysinə çevirir və onu portalda yerləşdirir. Burada hər kəs təcrübi fərdi beyin fəallığına baxa bilər.

AZƏRTAC futurist.ru saytına istinadla xəbər verir ki, “Brainternet” açıq portalı informasiya texnologiyaları mütəxəssisi Adam Pantanoviç tərəfindən yaradılıb. O, layihənin insan beyninin fəaliyyətinin dərk edilməsinin sadələşdirilməsi, həmçinin texnologiyaların inkişafına kömək edəcək məlumat bazasının yaradılması üçün nəzərdə tutulduğunu deyib.

Müəllifin sözlərinə görə, “Brainternet” real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir.