Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Giorgi Kvirikaşvili: Saziş Azərbaycanın qlobal enerji təchizatçısı kimi özünü doğrultmaqda davam etdiyini göstərir

14 Sentyabr 2017
 

Birgə işlənilmə və Hasilatın Pay Bölgüsü Sazişinin uzadılması tarixi əhəmiyyət daşıyır və Azərbaycanın qlobal enerji təchizatçısı kimi özünü doğrultmaqda davam etdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikir Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Prezident İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

Baş nazir qeyd edir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarına aid hər hansı irəliləyiş iqtisadi tərəqqini əks etdirir və siyasi əhəmiyyətə malikdir. Etibarlı tranzit ölkə olaraq və Azərbaycanı strateji tərəfdaş kimi tanıyaraq, Gürcüstan bu cür çox mühüm hadisəni xüsusi alqışlayır və ümid edir ki, əməkdaşlığımız bundan sonra da genişlənəcək və güclənəcək.

Giorgi Kvirikaşvili ümid etdiyini bildirir ki, birgə enerji layihələrinin həyata keçirilməsi Azərbaycanda neft və qaz yataqlarının işlənilməsi əsasında genişlənəcək.