Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Malayziyada mədrəsədə yanğın: onlarla ölü

14 Sentyabr 2017
Dünən Malayziyanın paytaxtı Kuala-Lumpurdakı mədrəsələrin birində baş vermiş yanğın nəticəsində onlarla adam həlak olmuşdur. Bu barədə BBC News” xəbər verir.

Yerli polisdən verilən məlumata görə, yanğın zamanı mədrəsənin 13-17 yaşlı 22 şagirdi və 2 müəllim həlak olmuşdur.

Xilasedicilər bildirmişlər ki, yanğın şagirdlərin yataq otağında başlamışdır.

Həlak olanların əksəriyyəti binadan çıxmaq istərkən basabasda tüstüdən boğulmuşdur.