Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"WorldFood Moscow"da Azərbaycan stendini 1000-dən çox şirkətin nümayəndəsi ziyarət edib

13 Sentyabr 2017
"WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ilk 2 günü ərzində Rusiya Federasiyası və tədbir iştirakçısı olan digər ölkələrin 1000-dən çox şirkətinin nümayəndəsi Azərbaycan pavilyonunu ziyarət edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Made in Azerbaijan" vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.

"WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ölkəmizin "Made in Azerbaijan" vahid ölkə stendinə sərgi ziyarətçiləri və tədbir iştirakçısı olan ölkələrin şirkətləri tərəfindən böyük maraq göstərilir.

Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu "WorldFood Moscow" sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.