Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BVF: Bank sisteminin səmərəliliyi baxımından müvafiq dövlət orqanlarının potensialı artırılmalı, restrukturizasiya davam etməlidir

13 Sentyabr 2017
Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası ölkənin bank sisteminin restrukturizasiyası prosesinə daxildir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycana səfərinin yekunlarına dair Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"ABB və bank sektorunun digər iştirakçıları ətrafında gedən proseslər Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə müzakirə olunub. Bu məsələlərin həlli məqsədilə atılan konkret addımlar nəticəsində maliyyə və bank sisteminə inam artacaq, risklər azalacaq. Bank sisteminin səmərəliliyi baxımından müvafiq dövlət orqanlarının potensialı artırılmalı, restrukturizasiya davam etməlidir”, - deyə BVF-nun təmsilçisi bildirib.