Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan tərəfi hansısa yardım üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməyib

13 Sentyabr 2017
Beynəlxalq Valyuta Fondu Azərbaycanla iki formatda əməkdaşlıq edir. Birincisi iqtisadi siyasətə, ikincisi texniki yardıma bağlıdır. Azərbaycan tərəfi hansısa yardım üçün bizə müraciət etməyib. Hələ ki, biz də yardım etməyi nəzərə tutmamışıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur sentyabrın 13-də səfərinin yekunlarına dair Bakıda keçirdiyi mətbuat konfransında deyib.