Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

KXDR BMT-nin yeni sanksiyalarını rədd etdi

13 Sentyabr 2017
KXDR son nüvə sınaqlarına cavab olaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməni diqqətə almaq niyyətində deyil. Rəsmi Pxenyan sənədi “iyrənc təxribatın məhsulu” kimi qiymətləndirmişdir.

Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, qətnaməni ABŞ “alçaq və çirkli metod və vasitələr yolu ilə” qəbul etdirmişdir. Bəyanatda vurğulanır ki, KXDR ölkənin suverenliyini müdafiə etmək və ABŞ-la praktiki paritetə nail olmaq yolu ilə regionda sülh və təhlükəsizliyi qoruyub saxlamaq üçün səylərini artıracaq.

BMT Təhlükəsizlik Şurasının üzvləri 2375 nömrəli qətnaməni yekdilliklə qəbul etmişlər. Sənədə uyğun olaraq, KXDR-in toxuculuq məhsulları ixracına qadağa qoyulub, ölkənin neft məhsulları idxalı məhdudlaşdırılır.