Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sinqapurun Prezidenti ilk dəfə qadın oldu

13 Sentyabr 2017
Sinqapurun Prezidenti 63 yaşlı Həlimə Yaqub olmuşdur. Bu barədə seçki komissiyasının sədri En Vay Çun məlumat vermişdir.

Həlimə Yaqub ölkənin ilk qadın Prezidenti, həmçinin son 47 il ərzində dövlət başçısı vəzifəsini tutan milliyyətcə ilk malay olmuşdur. Onunla yanaşı, Prezident  vəzifəsi uğrunda iki digər namizəd mübarizə aparırdı. Lakin bu iki namizəd seçilmək hüququ qazanmaq üçün sertifikat ala bilmədiyindən sentyabrın 11-də mübarizəni dayandırmalı olmuşdur. Nəticədə Həlimə Yaqub prezidentliyə yeganə namizəd olduğundan seçki keçirilmədən dövlət başçısı elan edilmişdir.

Sinqapurda prezident hakimiyyəti məhduddur. Ölkəni faktiki olaraq Baş nazir idarə edir. Həlimə Yaqub bundan əvvəl parlamentin spikeri idi.