Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Enerji Agentliyi: Azərbaycan və Qazaxıstan OPEC+ sazişinə 118 faiz əməl ediblər

13 Sentyabr 2017
Qeyri-OPEC ölkələri olan Azərbaycan və Qazaxıstanın ötən ay neft hasilatının azaldılması üzrə OPEC+ sazişinə 118 faiz əməl ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Hesabata görə, avqust ayında qlobal neft təklifi əvvəlki aya görə gündəlik 720 min barrel azalaraq 97 milyon 700 min barrelə çatıb.

Ötən ay qeyri-OPEC ölkələrinin neft hasilatı isə gündəlik 500 min barrel azalaraq 58 milyon barrel olub. 2018-ci ildə qeyri-OPEC ölkələrinin neft təklifi bu ilə görə gündəlik orta hesabla 1 milyon 500 min barrel artaraq 59 milyon 600 min barrelə çatacaq.

Gələn il qlobal neft tələbatı isə gündəlik 1 milyon 400 min barrel artaraq 99 milyon 100 min barrel təşkil edəcək. İllik tələbata görə 34 milyon 600 min barrellə Asiya-Sakit Okean ölkələri ilk sırada yer alacaq. Asiya-Sakit Okean ölkələrini 31 milyon 700 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa izləyir.