Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müdafiə naziri İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub

13 Sentyabr 2017
İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan nazirə bildirilib ki, mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.