Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda olublar

13 Sentyabr 2017
Ölkəmizdə 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədir.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yerli Təşkilat Komitəsinin üzvləri ilə görüş keçirən qonaqlar Bakı Olimpiya Stadionunun infrastrukturu, mühafizəsi, bilet satışı, media və TV əraziləri, meydança və texniki zonaları ilə tanış olub, müzakirələr aparıblar.