Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AZƏRTAC-ın fotomüxbiri Tayvanda keçirilmiş beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

13 Sentyabr 2017
 

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Tayvanda keçirilmiş beynəlxalq fotomüsabiqədə (The 7th Taichung International Exhibition of photography 2017) iki mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilmiş bu fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən 533 fotoqrafın işləri təqdim edilib.

İlqar Cəfərovun “Paralimpiyaçının məhəbbəti” adlı işi FIAP-ın fəxri lenti ilə mükafatlandırılıb. Bu fotoşəkil 2004-cü ildə Afinada keçirilmiş paralimpiya oyunları zamanı çəkilib. AZƏRTAC-ın fotomüxbirinin müsabiqəyə təqdim etdiyi digər fotoşəkil isə Taycjun şəhərinin Fotoqraflar Cəmiyyətinin fəxri lentinə layiq görülüb. “Gimnastika elementi” adlanan bu fotoşəkil 2017-ci ilin aprelində Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku yarışları dövründə çəkilib.

 

AZƏRTAC