Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Londonda “Qarabağ” komandasına dəstək məqsədilə fləşmob keçirilib

12 Sentyabr 2017
“Çelsi”-“Qarabağ” oyunu ilə əlaqədar Ağdam təmsilçisinə dəstək məqsədilə Londonun mərkəzində fləşmob keçirilib.

Komandamıza dəstək olmaqla yanaşı, Qarabağ həqiqətlərini Avorpaya və dünyaya daha dərindən tanıtmaq məqsədi daşıyan fləşmob Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Milli Turizm Təbliğat Bürosunun təşəbbüsü ilə təşkil olunub.

Soydaşlarımızın və xarici rəqs qrupunun üzvlərinin qatıldıqları fləşmob izləyicilərdə böyük marağa səbəb olub.

Fləşmobdan sonra London sakinlərinə Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verilib.

 

AZƏRTAC