Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Hadrian" adlı robot evi 2 günə tikir

12 Sentyabr 2017
İngiltərəli mühəndisin yaratdığı "Hadrian" adlı robot evi 2 günə tikməklə onlarla işçini əvəz edə bilər.

AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, robot 1 saatda 1000 kərpic qoymaq iqtidarındadır.

Hər hansı bir tikinti obyektinin planı ilə bağlı proqramlaşdırılan süni intellekt hər kərpicin yerini avtomatik təyin edərək, 8,5 metrə çatan əlləri ilə onları yerinə düzür və məhlulla bərkidir. Sutkada 24 saat çalışan "Hadrian" ildə 150 ev tikə bilir.