Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Su üzərində əyləncə kompleksi

12 Sentyabr 2017
İtaliyalı dizayner Mikele Pudzolante su üzərində əyləncə kompleksinin layihəsini təqdim edib.

AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, əslində bu, ən müasir texnologiyaların, o cümlədən günəş panellərinin tətbiq edildiyi üzən oteldir.

Otelin üstün cəhətlərindən biri də odur ki, onu dünyanın istənilən ölkəsinə nəql etmək olar. Bundan əlavə, otelin göyərtəsində istirahət üçün xüsusi zonalar, günəş vannaları var.

Layihə müəllifinin fikrincə, su üzərində oteldən toy mərasimlərində və konfransların təşkilində də istifadə etmək mümkündür.