Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suriya ordusu İŞİD-in Deyr əz-Zordakı mövqelərinə hücuma keçib

12 Sentyabr 2017
Suriya ordusunun bölmələri Deyr əz-Zor şəhərinin İŞİD terror qruplaşmasının tabeliyində qalan hissəsi üzərinə hücuma keçiblər.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət qoşunları hava qüvvələrinin və artilleriyanın köməyi ilə terrorçuların möhkəmləndiyi mövqeləri məhv edir.

Suriya ordusuna güclü müqavimət göstərən yaraqlılar minomyot və pulemyotlardan istifadə edirlər. Həmçinin ordu hissələrinə minalanmış avtomobillərlə hücumlar təşkil olunur.

Deyr əz-Zor uğrunda qanlı döyüşlər davam etməkdədir.