Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Banqladeşdə arakanlı qaçqınların sayı 370 min nəfərə çatdı

12 Sentyabr 2017
Bu il avqustun 25-dən bəri Myanmadan Banqladeşə qaçmış Arakan müsəlmanlarının sayı 370 min nəfərə çatmışdır. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Əlaqələndirmə Komitəsinin mətbuat katibi Leonard Doyl Cenevrədə keçirdiyi brifinqdə məlumat vermişdir.

Bundan əvvəl BMT bildirmişdi ki, Myanma hökuməti BMT-nin İnsan Hüquqları Şurasının müfəttişlərinə Arakana getməyə icazə vermir.

Arakanda müsəlmanlara hücumlar “silahlı ekstremistlərlə mübarizə” pərdəsi altında həyata keçirilir. Regionda humanitar vəziyyət kəskin şəkildə pisləşmişdir.

Son məlumata görə, Böyük Britaniya və İsveçin təşəbbüsünə əsasən, bu gün BMT Təhlükəsizlik Şurası Myanmada vəziyyəti müzakirə edəcək. Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Mettyu Raykroftun dediyinə görə, iclas qapalı formatda keçiriləcək.