Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Norveçdə seçkilərdə yenidən hakim koalisiya qalib gəldi

12 Sentyabr 2017
Norveçin hakim koalisiyası srağagün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə daha dörd il hakimiyyətdə qalacaq. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Ölkənin hazırkı Baş naziri Erna Solberqin rəhbərlik etdiyi Mühafizəkar Partiyası və onun koalisiya tərəfdaşı - “Tərəqqi” partiyası parlamentdə 169 yerdən 89-na yiyələnmişdir. Mühafizəkarlar seçicilərin 25,1 faizinin, “Tərəqqi” isə 15,3 faizinin dəstəyini qazanmışlar.

Müxalifətçi Leyboristlər Partiyası hamıdan çox səs toplasa da (27,4 faiz), nəticəsi dörd il əvvəlkindən zəif olmuşdur. Eyni zamanda onun tərəfdaşı - Yaşıllar Partiyası cəmi 3,2 faiz səs əldə etmişdir. Leyboristlərin lideri, milyonçu Yonas Qar Şterin başçılıq etdiyi müxalifət parlamentdə 80 yer alacaq.

Yerli KİV-i qeyd edir ki, mühafizəkar Baş nazir son 30 ildə ilk dəfə təkrar seçilir.