Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İrma” və “Harvi” ABŞ-a 290 milyard dollara başa gələcək

12 Sentyabr 2017
 

“İrma” və “Harvi” qasırğalarının ABŞ iqtisadiyyatına vurduğu ümumi zərər 290 milyard dollarla ölçülür. Bu barədə “AccuWeather” məsləhət şirkətinin prezidenti Coel Mayers məlumat vermişdir. Ekspert bildirmişdir ki, ölkəyə vurulmuş bu zərər həcminə görə rekord göstəricidir.

 “İrma”nın vurduğu zərər 100 milyard dollar, “Harvi”ninki isə 190 milyard dollar təşkil edəcək. Digər ekspertlərin hesablamalarına görə, təbii fəlakətlərin vurduğu ümumi ziyan 150-200 milyard dollar olacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Harvi” qasırğasının fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq Konqresdən təxminən 8 milyard dollar istəmişdir.