Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeddi ayda Azərbaycanda qeyri-neft ixracı 20 faiz artıb

12 Sentyabr 2017
Bu ilin yeddi ayında Azərbaycanda qeyri-neft ixracı 855 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

İcraçı direktor qeyd edib ki, yeddi ayda 1333 şirkət Azərbaycandan ixrac həyata keçirib. Qeyri-neft ixracında lider ölkə isə Rusiyadır.