Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Parlamenti qaz təchizatı təhlükəsizliyinin tənzimlənməsi məsələsini müzakirə edəcək

12 Sentyabr 2017
Avropa Parlamenti sentyabrın 12-də qaz təchizatı təhlükəsizliyinin tənzimlənməsi məsələsini müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında deyilir. Belə ki, hər hansı bir Avropa İttifaqı (Aİ) ölkəsi qaz tədarükü böhranı ilə qarşılaşdıqda qonşu ölkələri xəbərdar edə biləcək və sərhədlərin bağlanmasının qarşısını almaq üçün transsərhəd yardımı ala biləcək.

Qeyd edək ki, Avropa İttifaqının sərf etdiyi enerjinin 53 faizini gündəlik 1 milyard dollardan çox olmaqla idxal edir. Enerji Aİ-nin ümumi idxalının 20 faizindən çoxunu təşkil edir. Aİ 90 faiz xam neft və 66 faiz təbii qaz idxal edir.