Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT” da uşaqlar üçün festival

11 Sentyabr 2017
 

“YARAT” Müasir İncəsənət Mərkəzində “Gəlin birgə olaq” adlı uşaq festivalı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu il ikinci dəfədir təşkil edilən festivalın mövzusu “YARAT”da nümayiş olunan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən “Qazaxıstan üzərində Günəş və neonlar" adlı sərgisi ilə bağlı olub.

Festivalda üç yaşdan yuxarı uşaqlarla yanaşı, onların valideynləri də aktiv iştirak edib. Festival çərçivəsində ustad dərsləri də keçirilib. Dərslərdə maraq doğuran suallar cavablandırılıb.