Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

KXDR Vaşinqtonu “böyük ağrı” ilə hədələdi

11 Sentyabr 2017
Şimali Koreya ABŞ-a xəbərdarlıq etmişdir ki, Vaşinqton KXDR-ə münasibətdə sanksiya rejimini gücləndirsə, “bütün tarixi boyu görmədiyi ağrı və əzabla üzləşəcək”. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir.

KXDR Xarici İşlər Nazirliyinin agentlik tərəfindən yayılmış məlumatında qeyd olunur ki, ABŞ BMT Təhlükəsizlik Şurasında “qeyri-qanuni qətnamə”sini irəli aparmaqda davam etsə, bu ona baha başa gələcək.

Xatırladaq ki, Şimali Koreya ötən bazar günü hidrogen bombasının uğurlu yeraltı sınağını keçirdiyini bəyan etmişdir. Yaponiya mütəxəssislərinin son seysmik məlumatları göstərir ki, partlayışın gücü təxminən 160 kiloton olmuşdur.

ABŞ KXDR-in nüvə sınağı keçirdiyinə görə Pxenyana münasibətdə sanksiyaların növbəti dəfə sərtləşdirilməsi barədə qətnamə layihəsi hazırlayıb BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarmaq niyyətindədir. Təhlükəsizlik Şurasının üzvlərinə paylanmış sənəddə KXDR-ə neft və neft məhsullarının satışına qadağa qoymaq, həmçinin Şimali Koreya yüngül sənaye məhsullarına embarqo tətbiq etmək təklif olunur.