Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İrma” Floridanı vurdu

11 Sentyabr 2017
“İrma” qasırğası Marko adasının (Florida ştatı) ərazisini vurmuşdur. “Assoşieyted Press” agentliyinin xəbərinə görə, küləyin sürəti saatda 200 kilometri keçmişdi.

Hazırda qasırğa gücünü itirir və Tampa şəhərindən şimala doğru hərəkət edir. Təbii fəlakət rayonunda küləyin sürəti saatda 135 kilometrə düşmüşdür. İndi əsas təhlükə suyun səviyyəsinin qalxması ehtimalıdır. Proqnozlara görə, Tampa rayonunda suyun səviyyəsi 4,5 metrə çata bilər.

“İrma”nın vurduğu ziyanın dəqiq həcmini müəyyənləşdirmək hələlik mümkün deyil. Azı 3,3 milyon ev işıqsız qalmışdır.