Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Polşa Almaniyadan 48,8 milyard dollarlıq təzminat tələb edir

11 Sentyabr 2017
Polşa Almaniyadan İkinci Dünya müharibəsi zamanı vurulmuş ziyana görə təzminat tələb etmək hüququna malikdir. Bu barədə yerli PAP agentliyi Polşa Seyminin Təhlil Bürosuna istinadən xəbər verir.

 Büro hesab edir ki, Polşa Berlinin işğalçılıq siyasəti üzündən Avropanın bütün ölkələri arasında əhalinin sayına görə hamıdan çox zərər çəkmişdir. Varşava “əhalinin məqsədyönlü və mütəşəkkil şəkildə qırmağı, həmçinin məcburi işləri və əmlakın qəsdən məhv edilməsi”ni 48,8 milyard dollar məbləğində dəyərləndirir.

Polşa 1953-cü ilədək Berlindən təzminat alırdı. Lakin həmin il rəsmi Varşavanın özü Almaniyadan pul almaqdan imtina etmək qərarına gəlmişdir.  

Ötən ayın axırlarında Polşanın müdafiə naziri Antoni Maçereviç bildirmişdi ki, Berlin Varşavaya müharibə zamanı vurulmuş ziyanın və polyak xalqına qarşı cinayətlərin əvəzini ödəməlidir. Bir qədər sonra Polşanın Baş naziri Beata Şidlo təsdiqləmişdi ki, onun ölkəsi Almaniyadan təzminat almaq hüququna malikdir.